Bayram günü ağır qəza - Ölən var

09:47 20.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi olub.

Hafta.az xəbər verir ki, hadisə martın 19-da saat 23 radələrində rayon ərazisində qeydə alınıb. Məlumata görə, “VAZ-21099” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.